Naxçıvan Dövlət Universitetinin 39 müəllimi British Council, BP və Naxçıvan Dövlət Universitetinin ortaq layihəsi olan intensiv ingilis dili təliminə cəlb olunublar. Layihədə Naxçıvan Dövlət Universitetinin ingilis dili müəllimləri və tədrisi ingilis dilində olan ixtisaslarda dərs deyən müəllimləri iştirak edirlər.
İlk olaraq təlimdə iştirak edəcək müəllimlər üçün APTIS diaqnostik testi keçirilib, daha sonra Britaniya Konsulluğu təlimçiləri tərəfindən iştirakçılar üçün bir günlük üz-üzə vörkşop təşkil edilib və onlayn formatda təlimə start verilib. Britaniya Konsulluğunun dörd təlimçisi ilə dörd ay müddətinə nəzərdə tutulan təlim davam edir.
120 saatlıq onlayn təlimi uğurla tamamlayan müəllimlər üçün 13 mart 2025-ci il tarixdə yekun APTIS imtahanı keçiriləcəkdir.