Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində Özbəkistanda yerləşən İpəkyol Araşdırma Akademiyasının, xarici filologiya və tətbiqi dilçilik professoru Azamat Akbarovun fakültənin müəllim və tələbələrinə təlimi baş tutub.
NDU-nun Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli Azamat Akbarovun elmi-pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verib, onun beynəlxalq təcrübəsindən bəhs edib.
Professor Azamat Akbarov təlimdə “Sinif idarəçiliyi: Müsbət öyrənmə mühiti yaratmaq üçün strategiyalar” mövzusunda çıxış edərək ingilis dilinin öyrənilməsi məqsədləri, texniki üsullar, müxtəlif pedaqoji yanaşmalar və effektiv tədris metodları barədə iştirakçılarla fikirlərini bölüşüb.
Təlim iştirakçıların sualları və interaktiv müzakirələrlə davam edib.