Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzində Düzce Universitetinin Biznesin idarəedilməsi fakültəsinin, Beynəlxalq Ticarət və Maliyyə ixtisası üzrə dosenti Özkan Şahin universitetin İqtisadiyyat fakültəsinin müəllim və tələbələri üçün “Sahibkarlıqda iş planı” mövzusunda təlim keçib.
Tədbirdə çıxış edən NDU-nun Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli dosent Özkan Şahinin elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verərək bildirib ki, o, Texnoparkların Sənaye 4.0 dövründəki rolu və innovasiya idarəçiliyi sahəsində ixtisaslaşmış mütəxəssisdir. Qeyd olunub ki, dosent Özkan Şahin 2023-cü ildə Naxçıvan Dövlət Universitetini ziyarət edib və burada yaradılması planlaşdırılan texnopark layihəsi çərçivəsində məsləhətçi qismində iştirak edib, həmçinin tələbələr üçün seminarlar təşkil edib.
Təlim zamanı dosent Özkan Şahin sahibkarlığın mahiyyəti, biznesin qurulması mərhələləri, müasir dövrdə rəqəmsal alətlərin sahibkarlıqda rolu və Canva iş modeli vasitəsilə ideyaların strukturlaşdırılması mövzularında ətraflı məlumat verib. O, həmçinin Müasir dövrdə sahibkarlıq bacarıqları gənclərin və gənc sahibkarların əldə etməsi üçün vacib şərtləri iştirakçılarla bölüşüb.
Daha sonra Naxçıvan Dövlət Universiteti adından elmi fəaliyyətə və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrə görə dosent Özkan Şahinə təşəkkürnamə təqdim edilib.