NDU-da “Narkotik həyatdan ayırır və öldürür” adlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində universitetin və Naxçıvan Baş Gömrük İdarəsinin təşkilatçılığı ilə narkotik vasitələrin zərəri ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə universitetin Ümumi işlər üzrə prorektoru Afin Məmmədov çıxış edərək, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncamlardan bəhs edib. Həmçinin bu istiqamətdə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb və universitetdə zərərli vərdişlərin qarşısının alınması məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlərin təşkil edildiyini bildirib.

Naxçıvan Baş Gömrük İdarəsinin Metodoloji şöbəsinin rəisi İsa Əliyev narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu ağır zərərlərdən danışıb. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı nəzərdə tutulan maddələr haqqında məlumat verərək, bu sahədə hüquqi məsuliyyətin ciddiliyini diqqətə çatdırıb. İsa Əliyev narkomaniyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin vacibliyinə diqqət çəkib, bu cür maarifləndirici görüşlərin əhəmiyyətini qeyd edib.

Narkotik anlayışı, onun növləri və insan orqanizminə təsiri barədə ətraflı məlumat verən

Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsinin rəisi Heydər Səmədli narkomaniyanın yayılma səbəblərindən bəhs edərək, əsas risk amillərini və bu təhlükəli asılılığın cəmiyyətə vurduğu zərərlərdən bəhs edib.

Naxçıvan Dövlət Universitetinin psixoloqu Nuranə Əliyeva asılılıq anlayışı, onun növləri, yaranma səbəbləri və inkişaf mərhələləri haqqında ətraflı məlumat verib.

Tədbir tələbələrin sualları ilə davam edib.