NDU-da “Naxçıvan Muxtar Respublikasında Qızların Davamlı İnkişafı və İqlim Savadlılığı: Gələcək Nəsil Üçün Bacarıqların İnkişafı” layihəsi çərçivəsində pedaqoqlar üçün 2 günlük təlim keçirilib

 Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında Qızların Davamlı İnkişafı və İqlim Savadlılığı: Gələcək Nəsil Üçün Bacarıqların İnkişafı” layihəsi çərçivəsində gələcək pedaqoqların töhfəsinin artırılması və biliklərin təkmilləşdirilməsi məqsədilə gələcəyin müəlllimləri olan tələbələrə 2 günlük təlim təşkil edilib. Təlim Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Şərqdə Dayanıqlığın qurulması (BREN) təşkilatının dəstəyi və NDU –nun tərəfdaşlığı əsasında keçirilib.

   3-4 Mart 2025-ci il tarixində baş tutan təlimdə gənc pedaqoqlara yalnız biliklər vermək deyil, eyni zamanda şagirdlər arasında davamlı inkişaf və iqlim dəyişiklikləri ilə bağlı şüurlu münasibət formalaşdırmağa hazır olan peşəkarlar kimi yetişdirmək hədəflənib. Təlimdə universitetin müəllimlik ixtisası üzrə təhsil alan 40 tələbə iştirak edib.Treninqdə gələcək pedaqoqlara yalnız nəzəri biliklər deyil, həm də gənclərlə davamlı inkişaf və iqlim maarifləndirməsi kontekstində işləmək üçün praktik bacarıqlar aşılanıb. Bu biliklərin məktəblərə inteqrasiyası, şagirdlərin təmkinli qərarlar qəbul etmələrini, planet və cəmiyyət qarşısında məsuliyyətlərini başa düşmələrini və həmçinin ekoloji və sosial məsələlərin həllinə fəal şəkildə qoşulmalarını təmin edən təhsil mühiti yaratmağa dəstəyi barədə məlumatlar verilib.

 Layihə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” elan edilməsi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransı çərçivəsində Naxçıvan Muxtar Respublikasında yaşayan qızların davamlı inkişaf prinsipləri üzrə maariflənməsinin və ətraf mühitin mühafizəsinə diqqətin artırılması məqsədini daşıyıb. Beləki, dünyanın bir çox yerlərində qızların və qadınların bu məsələlərlə bağlı təhsili və məlumatlılığın məhdudluğunu nəzərə alınaraq yerinə yetirilib.