NDU-da “Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və gələcək illərdə inkişafı” mövzusunda tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində "Konstitusiya və Suverenlik İli" çərçivəsində “Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və gələcək illərdə inkişafı” mövzusunda tədbir keçirilib

Əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Coğrafiya kafedrasının müdiri Elnarə Seyidova, həmin kafedranın baş müəllimi Əli Qurbanov tədbirin mahiyyətindən və Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və gələcək illərdə inkişafından bəhs ediblər. Naxçıvanın təbii sərvətləri və onların düzgün istifadəsinin regionun davamlı inkişafı üçün vacibliyini vurğulayıblar.

Coğrafiya müəllimliyi ixtisasının tələbələri Minayə Əzimova “Naxçıvanın geomorfoloji xüsusiyyətləri və təbii resursları, coğrafi mövqeyin iqtisadi inkişafa təsiri”, Ayşən Aslanova “İqlim dəyişikliyinin Naxçıvan ərazisinə təsiri və Naxçıvanın hidroqrafiyası və resurslarının əhəmiyyəti”, Validə Əliyeva “Yaşıl enerji: Gələcəyin işığı” mövzularında təqdimatla çıxış ediblər.

Tədbir interaktiv müzakirələrlə davam edib və iştirakçılar mövzu ilə bağlı suallar ətrafında fikir mübadiləsi aparıblar.