Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Ümumi tarix” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Ruhiyyə Rzayevanın “Slavyan xalqları tarixi” adlı dərs vəsaitinin təqdimatı olub. Tədbiri giriş sözü ilə açan universitetin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov rəhbərlik etdiyi fakültənin son dövrlər əldə etdiyi elmi nailiyyətlərdən bəhs edib. Dekan müəllimlərin tədris etdiyi fənlərə uyğun olaraq tədris vəsaitlərini yazmaqlarını yüksək qiymətləndirib.
Daha sonra universitetin “Ümumi tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov, kafedranın dosentləri İsmayıl Zeynalov, Abdulla Mustafayev və digər çıxışçılar kitabın elmi dəyərindən bəhs edərək, müəllifə uğurlar arzulayıblar.
Sonda müəllif Ruhiyyə Rzayeva göstərilən diqqət və qayğıya görə iştirakçılara öz minnətdarlığını bildirib.