Naxçıvan Dövlət Universitetinin SAT İmtahan və Qeydiyyat mərkəzində imtahanlar davam edir.
8mart 2025-ci il tarixində mərkəzdə növbəti imtahan baş tutub. Bu mərkəzdə ilin ilk imtahanıdır. İmtahanda Naxçıvan məktəbliləri ilə yanaşı ölkəmizin digər şəhərlərindən də şagirdlər iştirak ediblər.
Qeyd edək ki, NDU-da IELTS mərkəzi ilə yanaşı xarici imtahanlara, Amerika və Avropanın nüfuzlu universitetlərindəki təhsilə əlçatanlığı təmin etmək məqsədilə 2023-cü ildən SAT qeydiyyat və imtahan mərkəzi də fəaliyyət göstərir. Bu günə qədər mərkəzdə 200 nəfər şagird beynəlxalq imtahan verib.