NDU-nun tələbələri Beynəlxalq Kimya Müsabiqəsinin qalibi olub

Naxçıvan Dövlət Universitetinin Kimya kafedrasının müdiri Şəmil Mahmudov və Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının rəhbəri Fizzə Məmmədovanın rəhbərliyi ilə Kimya müəllimliyi III kurs tələbələri Aliyə Cəfərova və Nurtac Rəhimova beynəlxalq səviyyədə uğur əldə ediblər.  

Belə ki, tələbələr “Erudit onlayn” Beynəlxalq Kimya Müsabiqəsində iştirak edərək I yerə layiq görülüblər. Göstərilən yüksək nəticəyə görə onlar I dərəcəli diplom və qızıl medalla təltif ediliblər.

Qeyd edək ki, “Erudit onlayn” Beynəlxalq Kimya Müsabiqəsi müxtəlif ölkələrin tələbələri arasında keçirilən nüfuzlu elmi yarışdır. Müsabiqə iştirakçıların kimya bilikləri və analitik düşünmə bacarıqlarını qiymətləndirməyə yönəlib.