Türkiyə Respublikasının İğdır şəhərində İğdır Universiteti, Naxçıvan Dövlət Universiteti, Artvin Çoruh Universiteti və İKSAD-Türkiyənin birgə təşkilatçılığı ilə “II Beynəlxalq Davamlı Kənd Təsərrüfatı Konqresi” keçirilib. Konqres 04-05 mart tarixlərində baş tutub.
Konqresin açılışında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev videoformatda giriş sözü ilə çıxış edib. Bölmə iclaslarında müxtəlif xarici ölkə mütəxəssisləri ilə yanaşı NDU-nun 16 əməkdaşının təqdimatı olub.
Qeyd edək ki, konqresdə bağçılıq, bitki mühafizəsi, biomüxtəliflik, qida mühəndisliyi, kənd təsərrüfatı iqtisadiyyatı, kənd təsərrüfatı ekologiyası, meşə və aqromeşəçilik, melorasiya, tarla bitkiləri, torpaqşünaslıq və bitkilərin qidalanması, bərpa olunan enerji və digər mövzular üzrə müxtəlif xarici ölkə mütəxəssislərinin onlayn çıxışları təqdim olunub.