[ultimate_heading main_heading=”İsayev Elbrus Saleh oğlu” main_heading_color=”#1e73be” spacer=”line_only” spacer_position=”bottom” line_height=”1″ line_color=”#1e73be” margin_design_tab_text=””][/ultimate_heading]

Elbrus İsayev 7 oktyabr 1979-cu ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbdə almışdır. 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr, 2000-2002-ci illərdə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. Magistratura səviyyəsində təhsil alarkən, siyasi repressiyalar – tədqiqat sahəsi üzrə araşdırma aparmış, bu istiqamət üzrə dissertasiya hazırlamışdır. E.İsayev yüksək tədqiqatçılıq qabiliyyətinə malik elm adamı olmaqla yanaşı, həm təşkilatçılıq bacarığı, həm də rəhbərlik fəaliyyəti ilə ictimaiyyəti maarifləndirmək və gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etmək idealına sadiq qalır. Ailəlidir, iki övladı var.

  • 1998-2001-ci ilərdə Naxçıvan Dövlət Universitetinin Gənclər Təşkilatının sədri vəzifəsində çalışmışdır.
  • 2001-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.
  • 2000-2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləmişdir.
  • 2000-2005-cü illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir.
  • 2000-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır.
  • 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin “Beynəlxalq münasibətlər” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.
  • 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışmışdır.
  • 2012-ci ildən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin “Beynəlxalq münasibətlər” kafedrasının dosenti vəzifəsində elmi-pedoqoji fəaliyyətini davam etdirir.
  • 2013-cü ildə Naxçıvan Özəl Universiteti Humanitar elmlər kafedrasının müdiri vəzifəsində çalışmışdır.
  • 2014-2018-ci illərdə “Naxçıvan” Universiteti İdarəetmə fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
  • 2014-2018-ci illərdə “Naxçıvan” Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti vəzifələrində çalışmışdır.
  • 2014-2018-ci illərdə “İstedad-XXI əsr” MMC-nin təsisçisi və direktoru olmuşdur.
  • 2018-2019-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışmışdır.
  • 2019-cu ildən Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilmişdir.
  • İctimai fəaliyyəti ilə paralel olaraq elmi yaradıcılığını davam etdirərək Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasının doktorantı olmuş, Beynəlxalq mədəni-iqtisadi və diplomatik əlaqələrin tarixi – tədqiqat sahəsi üzrə 2002-2006-cı illərdə “Böyük İpək yolu və Naxçıvan” adlı dissertasiyanı müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
  • Bununla yanaşı, “Böyük İpək yolu və Naxçıvan” (2012), “V-XV əsrlər beynəlxalq ticarət və Azərbaycan” (2012) kitablarının, 2 meteodik vəsaitin, 50-dən artıq tarixi-siyasi və sənədli televiziya verilişlərinin, 60-dan artıq elmi və publisistik məqalənin müəllifidir.
  • ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Rusiya, Gürcüstan, Türkiyə və İranda keçirilən bir sıra beynəlxalq simpozium və konfranslarda iştirak etmiş, ingilis, rus, alman, fars, türk və koreya dillərində elmi əsərləri çap olunmuşdur.
  • İsayev tədqiqat işlərində tarixi proseslərin ümumi mənzərəsini yaratmaqla, beynəlxalq ticari-diplomatik əlaqələrin daha çox ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı məqamlarını nəzərdən keçirir. Müəllif kitablarında tarxşünaslıqda aktual mövzulardan olan, müasir dövrdə mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayan tarixi əlaqələri nəzər nöqtəsinə çəkmişdir. Beynəlxalq sosial-iqtisadi xüsusiyyətlərin tarixi dəyişkənliyini və inkişafı şərtlərini dəqiqləşdirmiş, müasir mədəni-tarixi əlaqələrdə qazanılan uğurların hansı zəminə əsaslandığını müəyyənləşdirməyə müvəffəq ola bilmişdir. Müəllifin elmi üslubunda tədqiqat obyektinə sistemli yanaşma, hadisələri sosial zaman kontekstində nəzərdən keçirmə, dövlətlərarası diplomatik əlaqələri daha geniş rakursda araşdırma kimi məziyyətlər səciyyəvidir. O, ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə dayışaraq uzun illərin gərgin zəhməti, məqsədə doğru əzmlə irəliləməsi sayəsində, istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyəti ilə mühüm tədqiqatların müəllifi kimi tanınır.

 

  • 2002- Gürcüstan /Tbilisi şəhəri, İncəsənətdə beynəlxalq əlaqələr. Beynəlxalq konfrans
  • 2004-Türkiyə / İzmir şəhəri, Türk dilini və kültürünü öyrənmə Simpoziumu
  • 2006-Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursu
  • 2007- Türkiyə / İğdır şəhəri, Sözdə Ermeni soykırımı. Beynəlxalq konfrans
  • 2007-Azərbaycan / Naxçıvan şəhəri, «Azərbaycan-Türkiyə ədəbi-mədəni və iqtisadi əlaqələri» Beynəlxalq simpozium
  • 2008-Türkiyə / Kars şəhəri, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş elmi konfrans
  • 2009-Türkiyə / Kars şəhəri, IV Türk Dış Politikası, Beynəlxalq Simpozium
  • 2009- İran / Təbriz şəhəri, Tarixdə Qafqaz, Beynəlxalq konfrans
  • 2010- ABŞ (Kaliforniya) Los-Angeles şəhəri, SİFE (Tələbələr Azad Sahibkarlıq fəaliyyətində) Dünya Çempionatı
  • 2010- Azərbaycan / Naxçıvan şəhəri, Sivilizasiyaların dialoqu Nil çayından Araz vadisinədək, Beynəlxalq simpozium
  • 2011- Türkiyə / Sarıqamış şəhəri, Sarıqamış əməliyyatının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq konfrans
  • 2011- Malayziya Kuala Lumpur, SİFE (Tələbələr Azad Sahibkarlıq fəaliyyətində) Dünya Çempionatı
  • 2011- Türkiyə/ İğdır. II Beynəlxalq Araz Simpozyumu
  • 2012- Türkiyə/ Bitlis. I Beynəlxalq Əhlət-Avrasya Mədəniyyət və İncəsənət Simpozyumu
  • 2012- Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan ilkin şəhər və Duzdağ Beynəlxalq simpozyumu
  • 2013- Türkmənistan / Aşqabad, Beynəlxalq konfrans
  • 2014- Portuqaliya / Lissabon, Avropaşünaslıq təlimi
  • 2014- ABŞ (İlinoys), Çikaqo- IX Beynəlxalq İpək yolu konfransı
  • 2015- Azərbaycan / Naxçıvan şəhəri, Beynəlxalq İpək yolu Konfransı
  • 2016- Azərbaycan / Bakı şəhəri, Dünya Azərbaycanlılarının IV qurultayı
  • 2018- Azərbaycan / Bakı şəhəri, Azərbaycan müəllimlərinin XV qurultayı
  • 2018- Azərbaycan / Naxçıvan şəhəri, “Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” mövzusunda elmi-praktik konfrans
  • 2019- Azərbaycan / Naxçıvan şəhəri, “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans
  • 2019- Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil” mövzusunda elmi-praktik konfrans
  • 2019- Azərbaycan / Naxçıvan şəhəri, “Naxçıvan xalçaçılığı: keçmişdən günümüzə” mövzusunda elmi-praktik konfrans
  • 2019- Azərbaycan / Naxçıvan şəhəri, “Təhsil-tədqiqat-innovasiya”: doktorant və magistrantların I Regional elmi konfransı