Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev və əməkdaşları Universitetin "Təbiətşünaslıq və kənd təsərrüfatı", "Tarix-filologiya" və "Pedaqoji, fakültələrində müxtəlif ixtisaslar üzrə məzun olacaq bakalavrlarla, universitetdə magistratura təhsil səviyyəsində kadr hazırlığı aparılan ixtisaslaşmalar, magistratura təhsilinin əhəmiyyəti və karyera planlamasında yeri və rolu haqqında maarrifləndirici görüşlər keçirib.
Görüş zamanı tələbələrə ixtisas seçimlərinin şərtləri, əvvəlki illəri üzrə qəbul balları haqqında məlumat verilib.
Sonra tələbələrə Magistratura və doktorantura mərkəzinin fəaliyyəti və kadr hazırlığı aparılan ixtisaslaşmaları özündə əks etdirən bukletlər paylanılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.