23-24 aprel tarixlərində Naxçıvan Dövlət Universitetində “İdarəetmədə və təhsildə rəqəmsallaşdırma” mövzusunda II Respublika Elmi konfransı keçirilib

 

Konfransda bölmə iclasları 3 salonda, 10 panel üzrə aparılıb.  23 təşkilatın 115 təqdidqatçısı tərəfindən 83 tədqiqat üzrə məruzələr təqdim edilib. İki gün davam edən konfransın sonunda iştirakçılara sertifikatlar verilib.

 

Qeyd edək ki, konfrans Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin tərəfdaşlığı və 20-dən çox elm-təhsil müəssisəsindən olan tədqiqatçıların, universitetin müəllim-tələbə heyətinin iştirakı ilə təşkil edilib.