ADA Universitetində, Cənubi Qafqazda ilk dəfə keçirilən və iki ildən bir baş tutan “Kitabxanalararası Abonement və Sənəd Təchizatı” konfransı keçirilib

“Qlobaldan yerliyə: Resurs Paylaşımında Müxtəliflik və İnklüzivlik” mövzusunda, beynəlxalq konfransda Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Xumar Məmmədova iştirak edib.

Konfransda 23 ölkə və 39 qurumdan iştirak edən nümayəndələr, süni intellekt və rəqəmsal innovasiyaların əlçatanlığının təmin edilməsi, resurs mübadiləsinin dəstəklənməsi və inklüziv gələcəyə təsirlə bağlı müzakirələr aparıblar.

Qonaqlar həmçinin Heydər Əliyev Mərkəzində, Azərbaycan Milli Kitabxanasında, Nobel qardaşlarının ev muzeyində olublar.