NDU Elmi Kitabxanasında AMEA-nın müxbir üzvü, “Azərbaycan dilçiliyi” kafedrasının professoru, filologiya elmləri doktoru Əbülfəz Quliyev və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Terminologiya” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın müəllifi olduqları “Naxçıvan dilçilik məktəbi” adlı kitabın təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov son dövrlər dilçilik sahəsində aparılan tədqiqatların səmərəliliyindən və bu sahədə ərsəyə gətirilən monoqrafiyaların elmi dəyərindən bəhs edib.
Daha sonra “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elburus Vəliyev, “Azərbaycan dilçiliyi” kafedrasının dosenti, filologiya elmləri doktoru Qalibə Hacıyeva, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Dilçilik” şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nuray Əliyeva və digər çıxışçılar təqdimatı keçirilən kitab haqqında fikirlərini səsləndiriblər.
Sonda çıxış edən “Naxçıvan dilçilik məktəbi” adlı kitabın həmmüəlliflərindən AMEA-nın müxbir üzvü, “Azərbaycan dilçiliyi” kafedrasının professoru, filologiya elmləri doktoru Əbülfəz Quliyev göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirib.