Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin hazırladığı layihələrdən ibarət sərgi təşkil olunub

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin hazırladıqları layihələrdən ibarət Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunan sərgiyə baxış keçirilib. Sərgidə Naxçıvan Dövlət Universitetinin müəllim heyəti və fakültənin tələbələri iştirak edib.

Fakültə dekanı Riyaziyyat elmləri doktoru, professor Cavanşir Zeynalov sərgilənən layihələr haqqında universitetin rektoru Elbrus İsayevə ətraflı məlumat verib.

Savadlı mühəndislər və memarlar üçün hər zaman iş imkanlarının açıq olduğunu vurğulayan rektor, universitet daxilində də həmin imkanların yaradılmasından bəhs edib. Bundan əlavə tələbələrin layihələrin hazırlanması zamanı istifadə etdiyi maddi-texniki bazanın universitetdə təmin olunduğunu və geriyə qalan çatışmamazlıqların isə universitet tərəfindən təmin olacağını vurğulayıb. Eyni zamanda gələcəkdə universitet tabəliyində Texnoparkın yaradılmasının bu cür layihələrin inkişafına verəcəyi töhfələrdən və önümüzdəki illərdə robot festivalının Naxçıvanda keçirilməsinin planlaşdırılmasından bəhs edən rektor, tələbələrə gələcək araşdırma və təcrübələrində uğurlar arzulayıb.

Yekunda layihə müəllifləri  öz layihələri haqqında fakültə dekanının rəhbərliyi ilə universitetin rektoru Elbrus İsayevə ətraflı məlumat verilib.