Aprel ayının 30-da Azərbaycan Elm və Təhsil Nazirliyi, Britaniya Şurası və Təhsil İnstitutun birgə əməkdaşlığına əsasən "Azərbaycan üçün İngilis dili strategiyası Yol Xəritəsi" sənədinin təqdimatı keçirilib.
Tədbir zamanı beynəlxalq ekspert Simon Borg standartlar, qiymətləndirmə, müəllimlərin profesional inkişaf yolu kimi mövzularda təqdimat edib və daha sonra müxtəlif təhsil müəssisələrindən olan nümayəndələr müzakirələr apararaq öz təkliflərini irəli sürüblər.
Naxçıvan Dövlət Universitetini IELTS mərkəzinin kordinatoru Fatimə İsmayıllı və Xarici Dillər Fakultəsinin dekanı İlhamə Məmmədova təmsil edib.