Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Fortepiano kafedrasının baş müəllimi Nazilə Qardaşbəyovanın “Nəfəsli musiqi alətlərində ifaçılıq tarixi” adlı dərs vəsaitinin təqdimatı keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan NDU-nun Tədris və tərbiyə işləri üzrə prorektoru,                             tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov universitetin professor-müəllim heyətinin dərslik və dərs vəsaitlərinin təqdimatlarının keçirilməsinin artıq ənənə halını almasınının sevindirici hal olduğunu vurğulamışdır. Prorektor kitabı ümumtəhsil məktəblərində nəfəsli alət ifaçıları, gənc pedaqoqlar və magistrlar üçün dəyərli vəsait kimi yüksək qiymətləndirmişdir.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Əməkdar                                    incəsənət xadimi, professor Səidə Məmmədova, Fortepiano kafedrasının müəllimi Nərmin Məmmədova, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Təsviri incəsənət kafedrasının dosenti Cavid İsmayılov Nazilə Qardaşbəyovanın yaradıcılığı, eyni zamanda onun müəllifi olduğu yeni dərs vəsaitindən bəhs etmişlər.

Sonda müəllif göstərilən diqqətə görə universitet rəhbərliyi və tədbir iştirakçılarına öz minnətdarlığını bildirmişdir.