Görüş zamanı tələbələrə ATGTİ-nin fəaliyyət istiqamətləri, layihələri və təklif etdiyi imkanlar barədə geniş məlumat verilib. Rəşad Zeynalov gəncləri öz təşəbbüslərini irəli sürməyə və cəmiyyətin inkişafında aktiv rol oynamağa dəvət edib.
Görüşdə tələbələr həmçinin öz fikirlərini, ideyalarını və suallarını bölüşərək, təhsil və karyera ilə bağlı təkliflərini təqdim etdilər.