Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Dövlət Universiteti, İstanbul-Cerrahpaşa, IEEE Türkiyə katoder və Tətbiqi Riyaziyyat İnstitutunun birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən COIA 2024 beynəlxalq konfransında, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin tələbəsi Şəhriyar Quliyevin iki məqaləsi çap olunub.
Qeyd edək ki, konfrans materialları nüfuzlu Web of Science Q1 indeksində yer alacaq. Bu, tələbənin əldə etdiyi mühüm elmi nailiyyət olmaqla yanaşı, Naxçıvan Dövlət Universitetin beynəlxalq səviyyədə tanınmasına töhfə verib.