Naxçıvan Dövlət Universiteti ilə Ankara Universiteti arasında ikili diplom müzakirəsi keçirilib

    Onlayn formatda baş tutan görüşdə universitetlər arasında mövcud əlaqələr, qarşılıqlı fəaliyyət və gələcək əməkdaşlıq sahələri müzakirə edilib. Görüşdə bakalavr təhsil pilləsinin “Kompüter mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramı müzakirə olunub, ilkin razılığa gəlinib və müzakirələrin davam etdirilməsi üçün növbəti görüş planlaşdırılıb.

          Naxçıvan Dövlət Universiteti adından görüşdə iştirak edən beynəlxalq əlaqələr üzrə prorektor Aidə Cəlilzadə, Memarlıq və mühəndislik fakültəsinin dekanı riyaziyyat elmləri doktoru, professor Cavanşir Zeynalov və “Elektronika və informasiya texnologiyaları” kafedrasının müdiri t.ü.f.d. Hüseyn Qasımov müzakirələrdə iştirak edib və qarşı tərəfin suallarını cavablandırıblar.

Ankara Universitetinin Mühəndislik fakültəsi dekanı Professor Dr. Yusuf Kağan Kadıoğlu, dekan müavinləri Yılmaz Ar, Dr. Öğretim üyesi İsmail Demirci, tərəfdaş universitetin Mühəndislik fakültəsinin kafedra müdirləri və professorları qarşılıqlı əməkdaşlıq imkanları və ikili diplom proqramına dair fikir mübadiləsində iştirak ediblər.