Naxçıvan Dövlət Universiteti 2025-2026-cı tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu elan edir!
Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada (Portal.edu.az vasitəsilə 13.05.2025 tarixindən 3 həftə müddətinə) həyata keçirilir. Doktoranturaya qəbul olmaq istəyən şəxslər sənədlərini portala yükləməlidir.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
· kadrların şəxsi-qeydiyyat vərəqi;
· tərcümeyi-hal;
· iş yerindən xasiyyətnamə;
· iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
· çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
· ali təhsil müəssisəsini bitirmək haqqında diplomların müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə, təhsilin magistratura pilləsini və yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) tamamlanmadığı halda təhsi pilləsinin son ilində təhsil alındığına dair arayış (yalnız ölkə universitetlərində təhsilalanlar üçün);
Müəssisə rəhbərinin sədrliyi ilə fakültə, kafedra, şöbə, bölmə, laboratoriya rəhbərləri, aparıcı əməkdaşlar və doktorantların potensial elmi rəhbərlərindən ibarət yaradılmış qəbul komissiyası tərəfindən doktoranturaya sənəd qəbulu və bununla bağlı digər tədbirlərin (sənədlərin düzgün olması, ixtisas uyğunluğunun müəyyən edilməsi, elmi rəhbərlərin təyin olunması və s.) həyata keçiriləcəkdir. Sənəd qəbulu prosesində doktoranturaya qəbul olmaq istəyən şəxs ali təhsil müəssisəsinə dəvət olunacaq, nəzərdə tutulan elmi rəhbər onunla müsahibə keçdikdən sonra o, rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına təqdim edəcəkdir. İmtina olunduğu halda namizədə digər elmi rəhbər təklif olunacaqdır. Elmi rəhbərin rəyi olmadan sənəd qəbulu tamamlana bilməz.
Qəbul komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir. Portalla iş üzrə təyin edilmiş məsul şəxs qeydiyyatdan keçən uyğun namizədlərin sənəd qəbulunu təsdiq edir. Namizədlər xarici dil üçün müraciət mərhələsinə buraxılırlar. (“Xarici dil” imtahanının 09.06.2024-cü il tarixində keçirilməsi nəzərdə tutulmuşdur, imtahanda iştirak üçün namizədlər dim.gov.az saytından qeydiyyatdan keçməlidirlər və ya qüvvədə olan dil sertifikatları olduğu halda dil sertifikatı ilə müraciət etməlidirlər).
“Xarici dil” imtahanını müvəffəqiyyətlə vermiş namizədlər “Fəlsəfə” fənnindən imtahan mərhələsinə buraxılacaqlar (“Fəlsəfə” fənni üzrə imtahanın 2-4 sentyabr 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur). “Fəlsəfə” fənnindən “məqbul” alan namizədlər ixtisas imtahanı mərhələsinə buraxılacaqlar (İxtisas imtahanlarının 9-11 sentyabr 2025-ci tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur).
Dissertant təhkim olunmaq istəyən şəxslər “Xarici dil” imtahanından keçid balını toplamışlarsa, həmin şəxslər üçün ali təhsil müəssisəsi tərəfindən müsahibə keçirilir və iddiaçının təhkim olunması haqqında qərar qəbul edilir.
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ
DOKTORANTURA QƏBUL PLANI
İxtisasın şifri |
Elm sahələri və ixtisaslar |
Fəlsəfə doktoru proqramı üzrə |
||
Doktorantura |
||||
Cəmi |
Dövlət sifarişli və ödənişli əsaslarla |
|||
|
o cümlədən |
|||
|
əyani |
qiyabi |
||
1 |
2 |
3 |
4 |
5 |
2307.01 |
Fiziki kimya |
1 |
|
1 |
2417.01 |
Botanika |
1 |
|
1 |
3220.01 |
Pediatriya |
1 |
|
1 |
3338.01 |
Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) |
1 |
|
1 |
5308.01 |
Ümumi iqtisadiyyat |
1 |
1 |
|
5310.01 |
Dünya iqtisadiyyatı |
1 |
1 |
|
5311.01 |
Müəssisələrin təşkili və idarə olunması |
1 |
1 |
|
5312.01 |
Sahə iqtisadiyyatı |
1 |
|
1 |
5503.02 |
Vətən tarixi |
1 |
|
1 |
5608.01 |
Mülki hüquq: sahibkarlıq hüququ, ailə hüququ, beynəxalq xüsusi hüquq |
1 |
|
1 |
5706.01 |
Azərbaycan dili |
1 |
|
1 |
5708.01 |
German dilləri |
1 |
|
1 |
5709.01 |
Roman dilləri |
1 |
|
1 |
5801.01 |
Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (təhsilin sahələri və səviyyələri üzrə) |
1 |
|
1 |
5802.01 |
Təhsilin təşkili və planlaşdırılması |
1 |
|
1 |
6401.01 |
Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərbası və rekonstruksiyası |
1 |
|
1 |
|
Cəmi: |
16 |
3 |
13 |