Fəlsəfə və elmlər doktoru proqramı üzrə 2024/2025-ci təhsil ilində fərdi planda nəzərdə tutulan işlərinin attestasiya vaxtı çatmış doktorant və dissertantlar 02 iyun 2025-ci il tarixdən 30 iyun 2025-ci il tarixinədək kafedra iclası və fakültə Elmi şurasında NDU-nun Elmi Şurasının 06 sentyabr 2023-cü il tarixli 1 №-li qərarı ilə qəbul edilmiş və rektorun 07 sentyabr 2023-ci il tarixli 14 №-li əmri ilə təsdiq edilmiş “Doktorant və dissertantların attestasiyası Qaydaları”na uyğun olaraq attestasiyadan keçməli və attestasiyadan keçmələrinə dair forma 6 və fakültə çıxarışlarını 30 iyun 2025-ci il saat 18:00-a kimi Magistratura və doktorantura mərkəzinə şəxsən təqdim etməlidirlər.
Attestasiyadan keçməyən doktorant və dissertantlar qaydalara uyğun olaraq doktorant və dissertantlar sırasından xaric ediləcək!