MEDİAlab layihəsi çərçivəsində jurnalistika ixtisasinda təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün Psixologiya ixtisası üzrə IV kurs tələbəsi, psixoloq Həcər Ələsgərova tərəfindən "Stress və böhran şəraitində ünsiyyət strategiyaları" mövzusunda təlim
keçirilib.
Həcər Ələsgərova gənclərə stress və böhran şəraitində effektiv ünsiyyətin vacibliyində danışıb, bu vəziyyətlərdə yaranan psixoloji maneələrin aradan qaldırılması yolları və emosional dayanıqlığın qorunması üçün istifadə edilə bilən üsullar haqqında məlumat
verib.
İştirakçılar praktik tapşırıqlar vasitəsilə real həyat situasiyalarını analiz edib və problem həllinə yönəlmiş strategiyalar öyrənib, simulyasiyalarda iştirak ediblər.