Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejakın 13-14 may tarixlərində Naxçıvan Dövlət Universitetində qonaq olması Macarıstan mediasında geniş işıqlandırılıb

“Gündəlik Macarıstan xəbərləri” xəbər saytında yayımlanan məqalədə Şandor Lejakın ölkəmiz haqqında təəssüratları yer alıb. Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq əlaqələrindən danışılıb. Eyni zamanda yazıçı, dramaturq Şandor Lejakın Naxçıvan Dövlət Universitetində qonaq olduğu vurğulanıb. Rektor Elbrus İsayev ilə görüşü , NDU ilə Con fon Neyman Universiteti arasındakı əməkdaşlıq və irəlidə planlaşdırılan birgə fəaliyyətlər haqqında məlumatlar qeyd olunub.

 

          “Səfər zamanı Şandor Lejak Naxçıvana da baş çəkib. Burada o, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və universitet nümayəndələri ilə görüş keçirib. NDU və Macarıstanın Kecskemet şəhərində yerləşən Neyman Universitetinin rəhbərləri ilə birlikdə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib" – deyə məqalədə bildirilib.

 

Qeyd edək ki, xəbərdə dünya şöhrətli yazıçı Şandor Lejakın öz facebook sosial hesabında Naxçıvana səfəri çərçivəsində gəzdiyi məkanlardan xatirə olaraq çəkilən fotoların da yer aldığı paylaşımlar yerləşdirilib.