NDU Magistratura və doktorantura mərkəzi və Beynəlxalq Kembric Məktəbinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universiteti Kembric məktəbinin direktoru və universitetin IELTS Mərkəzinin koordinatoru Bayram Əliyevin təqdimatında 5 mərhələdən ibarət proqram əsaslı təlimin "Elmi tədqiqat metodlarına giriş" adlı birinci mərhələsi keçirilib.
Təlimdə ümumilikdə 60 nəfərdən çox doktorant, magistrant və gənc müəllimlər iştirak edib. Təlim olduqca interaktiv keçib və vurğulanıb ki, təlimləri uğurla başa vuran iştirakçılara sertifikat təqdim ediləcək.