Virtual görüşdə Naxçıvan Dövlət Universitetində 2024/2025-ci tədris ilində ilk tələbə qəbulu aparılıb “Tibb bacısı işi” ixtisasının Hacettepe Universitetinin “Hemşirelik” ixtisası nümunəsində təşkili, görülmüş işlər, icrası planlaşdırılan ortaq layihələr müzakirə edilib.
İşçi qrupları arasında aşağıdakı mövzular müzakirə olunub.
ü Tədris proqramının uyğunluğunun təsbiti;
ü Tədris materialları və dərsliklərər4 dair əməkdaşlıq;
ü İxtisas tələbələrinin mobilliyi;
ü Akademik heyətin mobilliyi;
ü Təlimlərin təşkili
Görüşdə Naxçıvan Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə, tədris departamentinin direktoru Şahin Əliyev, Tibb fakültəsinin dekan müavinləri Şəfiqə Süleymanova və Zülfiyyə Seyidzadə iştirak ediblər.
Hacettepe Universiteti beynəlxalq əlaqələr koordinatoru Gül Deniz Demirel Aydemir, “Hemşirelik” fakültəsi dekanı Prof. Dr. Leyla Özdemir, “Hemşirelik” fakültəsinin dekan müavini Doç. Dr. Fatma Uslu Şahan, “Hemşirelik” fakültəsinin dekan müavini Dr. Öğr. Üyesi Merve Mert Karadaş tərəfindən təmsil olunub.