Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən göndərilmiş 18 dekabr 2024-cü il tarixli məktub və təlimata uyğun olaraq hazırda 2024-2025-ci tədris ilinin yaz semestri üçün əcnəbi tələbə qəbulu həyata keçirilir. Portal.edu.az vasitəsilə müraciət etmiş əcnəbi vətəndaşların sənədləri, elmi dünyagörüşlərinin yoxlanılması və qiymətləndirilməsi yaradılmış komissiya tərəfindən aparılır.
Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti özünün əcnəbi tələbə sayına və onların ölkə müxtəlifliyinə görə Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrindən biridir. Hazırda universitetin bütün təhsil səviyyələri üzrə müxtəlif ixtisaslarda, 14 ölkədən 1700-dən yuxarı əcnəbi tələbə təhsil almaqdadır. Universitetin mövcud imkanları əcnəbi tələbə sayının daha da artırılmasına imkan verir və bu qarşıda duran prioritet məsələlərdən sayılır.