Enterprise Azerbaijanın Top 5 Startup-dan Naxçıvan Dövlət Universitetinin tələbəsi Şəhriyar Quliyevin AgroChat startapı COP29-da uğurla təmsil olunub.
Yaşıl dünyaya töhfə verməyi əsas tutan AgroChat-ın COP29 “Green Zone” da keçirilən B2B Meeting-də ekosistemin çeşidli nümayəndələri iştirak edib. 4+4 şəklində keçirilən elmi-işgüzar görüşdə NDU-nun Rektor köməkçisi Hüseyn Rəsulzadə hibrid formatda iştirak edərək universitetin yaşıl layihələrindən və beynəlxalq əməkdaşlıqlarından bəhs edib. Hüseyn Rəsulzadə çıxışında “Bioçeşidlilik” mövzusuna toxunaraq lokal təcrübəsindən danışıb.
Qeyd edək ki, AgroChat Suni İntellekt dəstəkli Torpaq Analizi və Fermer-Aqronom platformasını özündə birləşdirir. Görüş zamanı AgroChat-ın yaşıl vizyonu dəyərləndirilib və Şəhriyar Quliyev Roadmap üzərində qonaqlarla inkişaf və dayanıqlılıq imkanları üzrə müzakirələr edib.