Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının əməkdaşları və könüllüləri Naxçıvan Qaziləri İctimai Birliyində olublar

Qonaqları salamlayan birliyin sədri Ceyhun Bayramov birliyin fəaliyyət istiqamətləri haqqında danışaraq əsas məqsədlərinin qazilərə, şəhid ailələrinə, müharibə veteranlarına mənəvi dayaq durmaq olduğunu bildirib.

NDU Elmi Kitabxanasının direktoru Xumar Məmmədova bu cür görüşlərin təşkilinin gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsində böyük rol oynadığından bəhs edib.

İştirakçılar qəhrəman şəhidlərimizin, qazilərimizin fotolarından və şəxsi əşyalarından ibarət muzeylə də tanış olduqdan sonra NDU Elmi Kitabxanası adından birliyə 45 bədii ədəbiyyat təqdim olunub.