Naxçıvan Dövlət Universiteti İngiltərədə “ Dünya Akademik Sammiti”ndə təmsil olunub

7-9 oktyabr tarixlərində Birləşmiş Krallığın Mançester şəhərində “Times Higher Education”  Beynəlxalq Reytinq Agentliyi tərəfindən “Dünya Akademik Sammiti” keçirilib.

Sammitdə Naxçıvan Dövlət Universitetini strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli  təmsil edib. Sammitdə təhsildə yeni çağırışlara dair panel sessiyalarda yeni trendlər, təhdidlər və bu istiqamətdə Birləşmiş Krallıq universitetlərinin təcrübələri dinlənilib və fikir mübadiləsi aparılıb.

Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” tərəfindən Birləşmiş Krallıqda təşkil olunan “Dünya Akademik Sammiti”ndə əməkdaşlıq imkanları, dünya universitetlərinin reytinq cədvəllərində irəliləməsi və bir sıra mühüm məsələlər yer alıb.