Naxçıvan Dövlət Universiteti Tərcümə ixtisası tələbələrinin Bakı şəhərində istehsalat təcrübəsi davam edi

Universitetin Xarici Dillər fakültəsinin Tərcümə ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan Dillər Universiteti ilə NDU arasında mövcud olan əməkdaşlıq çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən "Şəms" Tərcümə Mərkəzində istehsalat təcrübəsi keçirlər.

Xarici Dillər fakültəsinin nümayəndələri təcrübənin gedişi ilə yerində tanış olaraq tələbələrin fəaliyyətini yaxından izləyiblər. Tərcümə Mərkəzinin direktoru Nəsimi Həsənov tələbələrin təcrübə müddətində qazandıqları bilik və bacarıqlar, proqramın məzmunu və əldə edilən nəticələr barədə ətraflı məlumat verib. Görüşdə, eyni zamanda, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, filologiya elmləri doktoru Bənövşə Məmmədova da iştirak edib.

Belə əməkdaşlıqlar tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etməsi, peşəkar tərcümə bacarıqlarını inkişaf etdirməsi və gələcəkdə əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.

Tələbələrimizə uğurlar arzulayır, Azərbaycan Dillər Universitetinin rəhbərliyinə və "Şəms" Tərcümə Mərkəzinə göstərdikləri dəstəyə görə xüsusi təşəkkürümüzü bildiririk.