İkitərəfli görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə Və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərovu salamlayıb. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin hədəflərini diqqətə çatdırıb.
Qeyd edilib ki, müasir dövrdə hər bir ali təhsil müəssisəsi üçün qlobal elmə çıxış, fundamental və tətbiqi araşdırmaların həyata keçirilməsi üçün tədqiqat universitetlərinin yaradılmasını zərurətdir. Bu baxımdn Naxçıvan Dövlət Universiteti və Bitki Mühafizə Və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuarasında təhsil və elmi-tədqiqat sahəsində qurulan qarşılıqlı əməkdaşlıq tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsini öz töhfəsini verəcək. Eyni zamanda, tələbə və magistrantların tədqiqatçılıq və peşə fəaliyyətlərinin inkişafı üçün yeni imkanların yaradacaq, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin ilə birgə elmi-tədqiqatların aparılması əməkdaşlığın başlıca məqsədlərindəndir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə Və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov ölkədə bu sahədə kadrların hazırlığı çərçivəsində universitetdə savadlı mütəxəsislərin yetişdirilməsində Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının bilik və bacarıqlarının mübadilə prosesinə cəlb olunmasının vacibliyi vurğulayıb.
Əməkdaşlığın verəcəyi perspektivlər, gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb. Sonra hər iki tərəf arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumda tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, biologiya sahəsində elmi yeniliklərin tədris prosesində tətbiq edilməsi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi, birgə elmi-tədqiqatların aparılması, naxçıvan florasında yayılan endemik növlərin coğrafi areallarının tədqiq edilməsi, onların əmələgəlmə yerlərini dəqiqləşdirmək üçün beynəlxalq və birgə elmi tədqiqatların aparılması, bitki nümunələrinin toplanması, onların müasir taksonomik strukturunun dəqiqləşdirilməsi və qiymətləndirilməsi üçün müştərək elmi tədqiqat layihələrinin həyata keçirilməsi və.s kimi maddələr öz əksini tapıb.
Sonda Elbrus İsayev qonağa hədiyyələr təqdim edib.