Naxçıvan Dövlət Universiteti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları arasında görüş keçirilib

Görüşdə qonaq qismində  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri müavini Əliyev Rauf, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsində sektor müdiri Məmmədov Xalid, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinsə sektor müdiri Nəbiyeva Cahanə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aparatının İnsan resurslarının idarəedilməsi şöbəsində sektor müdiri Yusif Səfərov iştirak edib.

Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qonaqları salamlayaraq, Naxçıvan Dövlət Universitetinin fəaliyyəti, gələcək hədəfləri və məqsədləri haqqında geniş məlumat verib. O, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışaraq bu layihələrin önəmini vurğulayıb.

Universitetin Karyera, təcrübə və məzunlarla iş bölməsinin müdiri Aynurə Seyidova, məzunlarla qurulan əlaqələrdən və onlara göstərilən dəstəkdən bəhs edərək, təşkil olunan karyera təlimləri, təcrübə proqramları və gənclərə təqdim olunan imkanlar haqqında ətraflı məlumat verib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Rauf Əliyev, Nazirliyin Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığından bəhs edib. O, dövlət qulluğu ilə bağlı məsələlərə toxunaraq, gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyini qeyd edib.

Görüş qarşılıqlı əməkdaşlığın inkişafına dair məsələlərin müzakirəsi ilə yekunlaşıb.