NDU-da Babək rayon məktəbliləri üçün “Açıq qapı” günü keçirilib. Bu münasibətlə keçirilən tədbirdə universitetin tanıtım videoçarxına baxış olub..
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev ali təhsil müəssisəsinin maddi-texniki bazası, müasir tədris üsulları haqda danışıb. Prorektor ali təhsil ocağının qoşulduğu layihələr, tərəfdaş olduğu müqavilələr, beynəlxalq əlaqələri barədə məktəblilərə ətraflı məlumat verib.
Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov şagirdlərin universiteti tanıması istiqamətində keçirilən “Açıq qapı” gününün may ayının sonuna qədər davam edəcəyini bildirib.
Sonra şagirdlər fakültələrdə yaradılan şəraitlə tanış olublar.