Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində tanınmış pianoçu və caz ifaçısı Əfqan Rəsulun caz konserti keçirilib. Konsertdə “Some Day My Prince Will Come”, “Maiden Voyage”, “Caravan”, “Onu bağışlamaq olarmı?” (film musiqisi) və “Blue Bossa” kimi əsərlər dinlənilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək vurğulayıb ki, caz musiqisinin yer aldığı konsertlərin keçirilməsi gənclərin musiqiyə olan marağının artmasına səbəb olur. Rektor caz musiqisi ilə bağlı konsertlərin davamlı olacağını qeyd edib.
Məlumat üçün bildirək ki, Əfqan Rəsul Kanadanın Vankuver şəhərində yerləşən Kapilano Universitetində magistr təhsili alır.
Sonda universitetin rektoru Elbrus İsayev musiqi sənətinin əks olunduğu rəsm tablosunu Əfqan Rəsula hədiyyə edib.