Naxçıvan Dövlət Universitetində “Düşüncə insana nə qazandırır?” mövzusunda elmi-nəzəri seminar keçirilib

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində “Düşüncə insana nə qazandırır?” mövzusunda elmi-nəzəri seminar təşkil olunub. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent  Vəli Əliyev universitetdə keçirilən elmi-nəzəri seminarların əhəmiyyətini vurğulayıb. O, bu cür tədbirlərin tələbələrin elmi düşüncə tərzinin formalaşdırılmasına və dünyagörüşünün genişləndirilməsinə böyük töhfə verdiyini qeyd edib.

Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi Taleh Xəlilov mövzu ilə bağlı fikirlərini bölüşüb. O, düşüncə qabiliyyətinin insanın həyat keyfiyyətinə, qərarvermə bacarığına və sosial əlaqələrinə birbaşa təsir etdiyini qeyd edib.

Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Salatın Hacıyeva düşüncənin insan həyatındakı rolu barədə danışıb. O, ümumi psixologiya sahəsindən nümunələr gətirərək düşüncənin insan davranışlarına, qərarlarına və şəxsi inkişafına təsirindən bəhs edib. Salatın Hacıyeva bildirib ki, psixologiyada düşüncə insanın problemləri dərin təhlil edərək həll etməsini, stress və emosional vəziyyətlərini düzgün idarə etməsini təmin edir. Eyni zamanda, məntiqi və yaradıcı düşüncənin formalaşmasının insanın fərdi potensialını üzə çıxarmaq üçün vacib olduğunu vurğulayıb.

Seminarın sonu sual-cavab sessiyası ilə yekunlaşıb.