Naxçıvan Dövlət Universiteti və SOCAR-ın ikitərəfli əməkdaşlığı çərçivəsində keçirilən təlim paketinin ilk günündə “Effektiv komanda işi” və “Stressin idarə olunması” mövzularında təlimlər baş tutub. Təlimlər peşəkar təlimçi Şaiq Zamanov tərəfindən keçirib.
22-23 oktyabr tarixlərində keçiriləcək təlimlər iştirakçılara komanda içində harmonik iş mühitinin qurulması və stresslə effektiv mübarizə yollarını öyrətmək məqsədi daşıyır. Qeyd edək ki, təlimlərdə həm universitetin tələbələri, həm də SOCAR nümayəndələri iştirak edir. Bu əməkdaşlıq gənclərin peşəkar və şəxsi inkişafını dəstəkləmək məqsədilə həyata keçirilir.