Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində, Əczaçılıq və biokimya kafedrasının müəllim və tələbələri üçün, Türkiyə Cumhuriyyətinin Ege Universitetindən dəvət olunmuş müəllimləri Mesut Arıcı və Gönen Özşarlak Sözer seminar keçiblər.
Tədbiri giriş sözü ilə açan Əczaçılıq və biokimya kafedrasının müdiri biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova Ege Universitetinin əməkdaşlarını tədbir iştirakçılarına təqdim edərək qeyd edib ki, universitet əməkdaşları və tələbələr üçün bu cür imkanların yaradılması müstəsna əhəmiyyətə malikdir.
İlk seminarda Ege Universitetinin dosenti Mesut Arıcı tələbələrə İnhalyasiya, inhalyasiya preparatları, aerozol, tənəffüs sistemi, ağciyər anatomiyası, fiziologiyası və tənəffüsü, inhalyasiya terapiyasının effektivliyi, aerozolun yığılma mexanizmləri, hissəciklərin ölçüsü və inhalyasiya aerozol sistemlərinin əhəmiyyəti haqqında məlumat verib.
İkinci seminarda Ege Universitetinin dosenti Gönen Özşarlak Sözer universitetlərinin Əczaçılıq Fakültəsində bakalavr, magistratura və doktorantura təhsili, təhsilin müddəti, hansı fənlərin tədris olunması, kafedrada çalışan professor-müəllim heyəti, eləcə də elmi-tədqiqat laboratoriyalarının imkanları, cihaz və avadanlıqlar, tədqiqat mövzuları, həyata keçirilən tədqiqat layihələri haqqında ətraflı məlumat verərək, beynəlxalq əlaqələr çərçivəsində əməkdaşlıqların nədən ibarət olduğu barədə təqdimat göstərib.