Tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Rəhimov və Elm və innovasiya məsələləri üzrə prorektor Elsevər Əsədovun iştirakı ilə keçirilən hesabat zamanı “Ümumi riyaziyyat” kafedrasının müdiri, dosent Abdulla Həsənov, “Ümumi və nəzəri fizika” kafedrasnın müdiri, fizika üzrə fəlsəfə doktoru Billurə Hacıyeva və “İnformatika” kafedrasnın müdiri, dosent Vüqar Salmanov çıxış edərək kafedraların illik elmi fəaliyyəti haqqında geniş məlumat veriblər.