Naxçıvan Dövlət Universitetində gənc yazıçı Aysel Şıxlı ilə görüş keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında yazıçı İsmayıl Şıxlının nəvəsi,  Aysel Şıxlı universitetin ədəbiyyatsevər tələbələri ilə onlayn görüş keçirib.

Tədbiri giriş sözü ilə açan Elmi Kitabxananın direktoru Xumar Məmmədova müasir dövr Azərbaycan ədəbiyyatına toxunaraq, Aysel Şıxlının yaradıcılığı haqqında geniş məlumat verib. O, gənc yazıçının Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirdiyini və onun əsərlərinin müasir oxucular arasında böyük maraqla qarşılandığını qeyd edib.

Daha sonra Aysel Şıxlı öz yaradıcılığı, ədəbi baxışları və ilham mənbələri haqqında danışıb. Görüş boyu tələbələrlə səmimi və interaktiv söhbət aparan yazıçı, onların marağını çəkən sualları cavablandırıb və şəxsi təcrübələrini bölüşüb.

Tədbir tələbələrin böyük marağı və fəal iştirakı ilə yadda qalıb. Bu cür görüşlərin gənc ədəbiyyatsevərlərin dünyagörüşünün inkişafına töhfə verəcəyi vurğulanıb.