Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev və ekoloji siyasət” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekan əvəzi Bəhruz Məmmədov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətdən danışıb.
Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov və Muxtar Respublika Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi baş ədliyyə müşaviri İsfəndiyar Qasımov mövzu ilə bağlı çıxış ediblər.
Sonda tədbirdə mövzu ilə əlaqədar "Azərbaycanın ekoloji siyasəti" adlı videoçarx nümayiş olunub.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.