Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev vurğulayıb ki, hər ilin sonunda universitetimizin idman sahəsində əldə etdiyi uğurları qeyd etmək ənənə halını alıb. Rektor xüsusilə məşqçilik ixtisasında edilən yeniliklərdən və bu sahədə ixtisaslaşmanın genişləndirilməsindən bəhs edib. Elbrus İsayev universitetin idman kompleksi barədə məlumat verərək bildirib ki, burada 16-dan çox idman növü üzrə şərait yaradılıb və bu imkanlardan universitet və kolleclərin tələbələri yararlanırlar.
Naxçıvan Dövlət Universitetinin İdman Klubunun sədri Məmmədəli Rəhimov İdman Klubunun 2024-cü ilə dair hesabatını təqdim edərək vurğulayıb ki, universitetin bütün fakültələri və universitetin nəzdində olan kolleclərin idman yarışlarında fəal iştirak ediblər. Klubun sədri həmçinin universitetin futbol komandasının ölkə üzrə qazandığı uğurlarıda diqqətə çatdırıb.
Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin II kurs tələbəsi Sadiq Məmmədli və Texnologiya müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Lalə Musayeva idmanın təhsildə və şəxsi inkişafda əhəmiyyətindən bəhs ediblər. Onlar universitetin tələbələr üçün yaratdığı geniş idman imkanlarını və gənclər arasında sağlam həyat tərzini təşviq etmədəki rolunu vurğulayıblar.
Sonda rektor Elbrus İsayev qalib fakültələrin nümayəndələrinə və fərqlənən tələbələrə diplomlar təqdim edib.