NDU-nun Magistratura və doktorantura mərkəzində Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair “2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı tədbir təşkil olunub.
Tədbirdə universitetin Ümumi işlər üzrə prorektoru Xəyal Camalov bildirib ki, tədbirin keçirilməsində məqsəd korrupsiyaya qarşı mübarizənin təşkili, elektron işlərin görülməsi və kağızçılığa qarşı mübarizədir.
Sonra Kadr və ümumi işlər şöbəsinin müdiri Əziz Qasımov may-iyun aylarının fəaliyyəti ilə bağlı məlumat verib. Bildirib ki, may ayı ərzində universitetə işə qəbul komitəsinə müraciət edən 5 nəfərdən 4-ü, iyun ayında isə işlə bağlı müraciət edən 7 nəfərdən 4 nəfəri işlə təmin olunub.
Universitetin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli çıxışında kağızçılığa qarşı mübarizədən, elektron universitet modelinin təkmilləşdirilməsindən söz açıb. Qeyb edib ki, artıq 3 ilə yaxındır Naxçıvan Dövlət Universitetində elektron universitet modelindən istifadə edilir. “Bu modeldən istifadə tələbələrin bilik və bacarıqlarının daha da inkişaf etməsinə kömək edir” deyə çıxışda bildirilib.
Qeyd edək ki, tədbirdə Naxçıvan Dövlət Universitetinin Musiqi Kolleci, Tibb Kolleci və Texniki Kollecinin də nümayəndələri iştirak edib.