Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru, tanınmış dilçi alim Azad Məmmədovun təqdimatında “Müasir dilçilik paradiqmaları” mövzusunda vebinar keçirilib. Tədbirdə NDU-nun İngilis dili ixtisasının müəllimləri, magistr və doktorant tələbələri iştirak edib.
Onlayn formatda təşkil olunan vebinarda professor Azad Məmmədov müasir dilçilik tendensiyaları və cərəyanları, o cümlədən koqnitiv dilçilik, funksional dilçilik və digər aktual mövzular ətrafında məruzələr edib. Tədbir, iştirakçıların gələcək tədqiqat istiqamətləri baxımından böyük əhəmiyyət kəsb edib.
Vebinarın sonunda iştirakçıların sualları cavablandırılıb.