Ali təhsil ocağının İncəsənət fakültəsində “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə həsr olunmuş konsert proqramı təşkil olunub.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin “Musiqi təlimi” kafedrasının müdiri Sevinc Musayeva konsert barədə əvvəlcədən tamaşaçılara məlumat verib.
Konsertin repertuarında olan Ramiz Mirişli- “Naxçıvan təranələri”, “Qızlar bulağı”, Faiq Sücəddinov- “Vətən balladası”, Cəlaləddin Əliyev-“Şuşam sənsiz darıxmışdım”, Fikrət Əmirov- “Sevgi rəqsi”, Üzeyir Hacıbəyov-“Leyli və Məcnun” operasından müqəddimə, Səidə Məmmədova-“Naxçıvanım” və Nailə Mirməmmədli- “Bu gözəl vətən bizimdir” ifalar tamaşaçıların zövqünü oxşayıb.
Qeyd edək ki, bədii rəhbər Naxçıvan Dövlət Universitetinin “Musiqi təlimi” kafedrasının müdiri Sevinc Musayevadır.