Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində “Proteinlərdə yapı-fonksiyon ilişkisi. Hemoglobin-miyoglobin” mövzusunda vebinar keçirilib. Tədbirdə Erzincan Bineli Yıldırım Universitetinin professoru Taha Abdulkadir Çoban, NDU-nun Biologiya və biologiya müəllimliyi ixtisasının professor-müəllim heyəti və tələbələri iştirak edib.
Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov, Erzincan Binali Yıldırım Universitetinin professoru Taha Abdulkadir Çobanın elmi-pedaqoji fəaliyyəti barədə vebinar iştirakçılarına məlumat verib. Eyni zamanda, keçirilən mövzunun cəmiyyətimiz üçün aktuallığı ilə bağlı fikirlərini bölüşüb.
Tədbirə onlayn qoşulan Erzincan Binali Yıldırım Universitetinin professoru Taha Abdulkadir Çoban proteinlərin insan həyatındakı rolu və funksiyaları, onların çatışmazlığı zamanı yaranan patologiyalar, eləcə də hemoqlobin və mioqlobinin quruluşu, həyat fəaliyyətində və qazlar mübadiləsindəki rolu, heterogenliyi və patoloji hallarda səbəb olduğu xəstəliklər barədə vebinar iştirakçılarına ətraflı məlumat verib.
Sonda vebinar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və tövsiyələr verilib.