Təlim Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzində, Ege Universitetinin professoru Gülnur Sevinin təqdimatında baş tutub. Professor təlim zamanı rasional dərman istifadəsinin əhəmiyyəti və prinsipləri, farmakovijilansın əsas anlayışları, dərman təhlükəsizliyinin təmin edilməsi yolları, eləcə də dərmanların yan təsirlərinin izlənməsi və onların düzgün şəkildə bildirilməsi prosesləri barədə geniş məlumat verib.
Eyni zamanda, dərman istifadəsində səhvlərin qarşısının alınması, effektiv strategiyaların tətbiqi, sağlamlıq işçiləri və ictimaiyyət arasında dərman istifadəsi ilə bağlı maarifləndirmə üsulları da müzakirə edilib. Təlim iştirakçılarına bu mövzuda praktiki tövsiyələr verilib və müzakirələr aparılıb.