NDU-da narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə “Sağlam həyat, sağlam gələcək” mövzusunda elmi-nəzəri seminar keçilib.
Universitetin Ümumi işlər üzrə prorektoru Xəyal Camalov qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas qlobal problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur.
Sonra Tibb fakültəsinin III kurs tələbələri Bəhriyyə Mustafayeva və Aydanur Yeşibağ “Siqaretdən istifadənin qadın orqanizminə təsiri”, “Narkomaniyanın fəsadları” mövzularında seminar keçiblər.