Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında Pedaqoji fakültənin “Məşqçilik” kafedrasının baş müəllimi Kifayət Hüseynova, həmin kafedranın dosenti Cavanşir Rəhimovun “Şahmat və onun tədrisi metodikası” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.
Naxçıvan Dövlət Universitetinin Elmi katibi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Orxan Cəfərov qeyd edib ki, ali təhsil ocağında kitab təqdimatlarının keçirilməsi ənənəvi hal alıb. Tələbələrin nəzəri biliklərinin artırılması üçün yeni nəşr olunan kitablar, universitetin elmi mühitinə töhfə verir.
Naxçıvan Dövlət Universitetinin “Məşqçilik” kafedrasının müdiri, dosent Əvəz Tağıyev şahmatın yaranma tarixindən, Azərbaycanda XII-XX əsrlərdə inkişaf tarixindən, eləcə də yazıçıların, şairlərin yaradıcılıqlarında şahmatın rolu haqqında fikirlərini bölüşüb. Kitab haqqında məlumat verən natiq bildirib ki, dərs vəsaitini dörd fəsil və otur biz mövzu əhatə edib.
Naxçıvan Dövlət Universitetinin “Məşqçilik” kafedrasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor Məmmədəli Rəhimov şahmat haqqında kitabda olan maraqlı məlumatlardan bəhs edib. Diqqətə çatdırılıb ki, dərs vəsaitində şahmat oyunu və onun inkişafı həmçinin şahmat oyunun ilk qaydaları, dünya və Azərbaycanın görkəmli şahmatçıları və onların oyunlarının təhlili, şahmatın əsas xarakterik xüsusiyyətləri eləcə də şahmat oyununun strategiyası barədə bilgilər yer alıb.
Çıxış edənlər həmmüəllifləri təbrik edərək onlara uğurlar arzu ediblər.
Sonda, müəlliflər göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.